Keçmiş məhkum mağazanı qarət etdi

Keçmiş məhkum mağazanı qarət etdi

Sumqayıt şəhəri ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən H.Nurəliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 30-da şəhər ərazisindəki mağazaların birindən 5500 manat və 10.000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş H.Nurəliyev saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə