Qusarda yanğın baş verib

Qusar rayonunun Həzrə kəndində ümumi sahəsi 200 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 64 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə