FHN Bakıda restorandakı yanğınla bağlı məlumat yaydı YENİLƏNİB

FHN Bakıda restorandakı yanğınla bağlı məlumat yaydı  YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən restoranlarında birində yanğın başlayıb. Yanğın Əliyar Əliyev küçəsində yerləşən restoranda baş verib. Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində restoranda yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə