Oğurluq üstündə tutuldu

Xəzər rayonu ərazisində 2 avtomobildən maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən S.Ablasanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 avtomobildən maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Ablasanov saxlanılıb. Ətrafında aparılan tədbirlərlə onun daha bir sexdən təmir-tikinti alətləri, 1 evdən qapı və M.Ramazanova məxsus velosipedi oğurlaması da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə