Evin qarajında avtomobil yandı

Xaçmaz rayonunda ümumi sahəsi 390 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində qarajda “Hyundai” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.

Avtomobilin qalan hissəsi və ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə