Sabunçu rayonu ərazisindəki köşklərin birindən tütün məmulatı oğurlamaqda şübhəli bilinən M.Mustafayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 29-da rayon ərazisindəki köşklərin birindən 1500 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Mustafayev saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Naftalan şəhər sakini H.Əmirovla birgə bir mağazadan 1000 manat dəyərində tütün məmulatı və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB