Ucarda ağır qəza: ölənlər var

Ucar rayonunun Alpı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 21-də saat 17 radələrində Ucar rayonunun Alpı kəndi ərazisində Goranboy rayon sakini Araz Bayramov idarə etdiyi “VAZ-21124” markalı avtomobili yolun kənarındakı avtobus dayanacağına vurub. Nəticədə sürücü və 1 sərnişini hadisə yerində ölüblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə