Avtomobillə vurulan piyada xəstəxanda öldü

Avtomobillə vurulan piyada xəstəxanda öldü

Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 20-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində qəsəbə sakini Y.İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Famil Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada dekabrın 21-də orada ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə