Braziliya prezidenti COVID-19 peyvəndindən imtina etdi

Braziliya prezidenti COVID-19 peyvəndindən imtina etdi

Braziliya prezidenti Jair Bolsonaru yeni koronavirus əleyhinə peyvənd olunmağa hazırlaşmır. SİA-nın xəbərinə görə, bu barədə o, "Band" telekanalına müsahibəsində bildirib. Prezident əmin edib ki, peyvənd olunmayacaq "və nöqtə". "Mənim həyatım təhlükədədir? Bu, mənim problemimdir", - Bolsonaru bildirib. Siyasətçi hesab edir ki, peyvəndlər məcburi ola bilməz və kim istəyirsə, o peyvənd edilməlidir. Daha əvvəl 65 yaşlı Bolsonaru dəfələrlə COVID-19 pandemiyasının reallığını şübhə altına alıb və sosial məsafəni pozub. O, yayda koronavirusa yoluxub.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə