Soyğunçuluq edən şəxs tutuldu

Soyğunçuluq etdiyinə görə tutulmuş Ə.Behbudovun daha 3 nəfərin çantalarından pulqabılarını oğurlaması da müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının soyğunçuluq etdiyinə görə tutulmuş Ə.Behbudovun ətrafında aparıldıqları əməliyyat tədbirləri ilə onun Binəqədi rayonu ərazisində ayrı-ayrı vaxtlarda 3 nəfərin çantalarından içərisində pul və sənəd olan pulqabılarını oğurlaması da müəyyən edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə