Keçmiş məhkum narkotik üstündə tutuldu

Keçmiş məhkum narkotik üstündə tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini M.Həbibov Yasamal rayonu ərazisində saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş M.Həbibov Yasamal rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin, 175 qram marixuana və elektron tərəzi aşkar edilərək götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə