Qəza zamanı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfər çıxarılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Nohurqışlaq kəndində “BMW” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.
FHN-dən SİA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 2 nəfəri deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB