Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol qəzasından sonra sürücü də vəfat edib
Tovuzda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.
SİA xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Hərəkətə olan minik maşını ortayaşlı kişini vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Piyadanın kimliyi dəqiqləşdirilir.
Piyadanın ölümünə səbəb olan sürücü, Şəmkir rayonunun Duyərli kənd sakini, 1988-ci il təvəllüdlü Röyal İmanov da hadisədən sonra vəfat edib.
İlkin məlumata görə, avtomobilin sürücüsü ürəktutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB