Ağstafa rayonunun Qırılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 10-da saat 14 radələrində Ağstafa rayonunun Qırılı kəndi ərazisində rayon sakinləri Ş.Salıfovun idarə etdiyi "Ford" və S.Quliyevin idarə etdiyi "Mercedes" avtomobillər toqquşub.
Nəticədə S.Quliyevin sərnişini, Sumqayıt şəhər sakini Əli Musayev aldığı xəsarətlərdən hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB