Ağcabədidə qəza: ölən və yaralı var

Ağcabədidə qəza: ölən və yaralı var

Ağcabədi rayonunun Avşar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 8-də saat 19 radələrində Ağcabədi rayonunun Avşar kəndi ərazisində kənd sakini A.Mirzəyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarında dayanmış Hindarx qəsəbə sakini M.Əliyevə məxsus eyni markalı avtomobilə vurmuş, sonradan isə yaxınlıqda dayanmış qəsəbə sakini M.Quliyevə dəyib. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb, A.Mirzəyevin sərnişini xəstəxanaya yerləşdirilib.

Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə