Ağdaşda yanğın

Ağdaş rayonunun Yuxarı Ləki kəndində ümumi sahəsi 108 m² olan birmərtəbəli kürsülü evin yanar konstruksiyaları və içərisindəki əşyalar 60 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə