Lənkəranda yanğın qeydə alınıb

Lənkəranda yanğın qeydə alınıb
Lənkəranda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Lənkəran şəhərinin Gərmətük kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının və aynabəndinin tavanı 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə