Avtomobil qaçıran şəxs tutuldu

Avtomobil qaçırmaqda şübhəli bilinən C.Hacıyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 21-ci Polis Bölməsinə dekabrın 6-da saat 20 radələrində Bakı şəhər sakini V.Novruzova məxsus “TOFAŞ” markalı avtomobil qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən C.Hacıyev Yasamal rayonu ərazisində avtomobillə birlikdə saxlanılıb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə