Xaçmazda iki avtomobil toqquşdu: ölən var

Xaçmazda iki avtomobil toqquşdu: ölən var

Xaçmaz rayonunun Xudat şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, dekabrın 7-də saat 8 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində şəhər sakini A.Rufullazadənin idarə etdiyi “VAZ-21063” və rayon sakini P.Əhmədovun idarə etdiyi “Renault” markalı avtomobillər toqquşub. Nəticədə A.Rufullazadə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş və orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə