Bakıda evdən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Bakiyev Viktor Vasilyeviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə