Çinin Çangçun şəhərində sevgilisi tərəfindən tərk edilən 22 yaşlı bir qadının intihar cəhdinin qarşısı son anda alınıb. SİA-nın xəbərinə görə, 4 ildir birlikdə olduğu sevgili tərəfindən tərk edilən gənc qadın özünü Jilin əyalətinin Çangçun şəhərindəki bir binanın yeddinci mərtəbəsindən aşağı atıb.
Ancaq ətrafdakılar, evlilik hazırlıqları edərkən böyük bir xəyal qırıqlığı yaşayan və buna görə də intihar cəhdi üçün gəlinlik paltarı geyinən qadının düşməsinə icazə verməyiblər. Vətəndaşlar gəlinliyindən və qollarından tutduqları Çinli qadını pəncərədən yuxarı çəkərkən ölümdən dönən qadının sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB