İki avtomobil toqquşdu: ölən və yaralanan var

Şamaxı rayonunun Məlikçobanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 27-də saat 10 radələrində Şamaxı rayonunun Məlikçobanlı kəndi ərazisində rayon sakini G.Usubalıyevin idarə etdiyi "VAZ-21015" markalı minik və Bərdə rayon sakini Ə.Şirinovun idarə etdiyi "Mercedes" markalı yük avtomobilləri toqquşub. Nəticədə G.Usubalıyevin sərnişini, Məlikçobanlı kənd sakini Elnur Xəlilov aldığı xəsarətlərdən hadisə yerində ölmüş, özü isə xəstəxanaya yerləşdirilib. Şamaxı RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə