Moskvada azərbaycanlılarla ermənilər arasında \"razborka\" düşüb

Moskvada azərbaycanlılarla ermənilər arasında \"razborka\" düşüb

Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi dava baş verib. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, hadisə dünən yerli vaxtla saat 22:30 radələrində Tekstilşikov küçəsi ev 7-nin qarşısında baş verib. Toqquşmada 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Toqquşmanın iştirakçıları soyuq və travmatik silahdan istifadə ediblər. Nəticədə 24 yaşlı dağıstanlı aldığı bıçaq yaralarından hadisə yerində ölüb, digər 7 nəfər isə oldu silah və bıçaq yaraları ilə xəstəxanaya yerləşdiriliblər. Hadisə yerindən travmatik silaha məxsus 12 giliz və digər maddi sübutlar aşkar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə