Dələduzluq yolu ilə 45 min manat pulu ələ keçirdi

Dələduzluq yolu ilə 45 min manat pulu ələ keçirdi

Dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini Ç.Əliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində cari ilin fevral ayından oktyabr ayınadək olan müddətdə 4 Bakı şəhər və 1 Abşeron rayon sakinini aldadaraq onlardan ümumilikdə 45000 manat pul almaqda şübhəli bilinən paytaxt sakini Ç.Əliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə