Pakistanda baş verən terror nəticəsində ölənlərin sayı durmadan artır. SİA-nın "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, ölənlərin sayı 98-ə çatıb. Pişəvər şəhərinin polis rəisi Liakata Əli Xan bildirib ki, 81 nəfər hadisə yerində, 17 nəfər isə xəstəxanada həyatını itirib. Eyni zamanda 140 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb ki, onlardan 43-nə hələ də tibbi yardım göstərilir. Bundan əlavə partlayış zamanı 20 ictimai obyektə, 12 avtomobilə ciddi ziyan dəyib.
Qeyd edək ki, partlayış ölkənin şimal-qərbindəki Çarsadda əyalətinin Şabkadar şəhərində, Polis Akademiyasının qarşısında baş verib. Hücumlardan biri terrorçu-kamikadze tərəfindən törədilib. Pakistan rəsmiləri bunun \"Əl-Qaidə\" lideri Üsamə bin Ladenin öldürülməsindən bəri ən iri miqyaslı terror aktının olduğunu deyirlər.
Partlayışlar sərhəd polisinin yeni çağırış əsgərlərinin avtobus və yük maşınlarına mindiyi vaxt törədilib. Onlar hərbi xidmətdə ilk istirahət gününə gedirmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB