Avtomobillə vurulan piyada xəstəxanada öldü

Avtomobillə vurulan piyada xəstəxanada öldü

Bərdə rayonunun Qasımbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 18-də saat 20 radələrində Bərdə rayonunun Qasımbəyli kəndi ərazisində kənd sakini A.Hidayətli idarə etdiyi “Lada-2110” markalı avtomobillə yolu keçən şəhər sakini Pərviz Əhmədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə