Moskvada güclü yanğın baş verib

Moskvada güclü yanğın baş verib

Rusiyanın paytaxtı Moskva şəhərində yaşayış binasında yanğın baş verib. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi məlumata görə, hadisə Bolşoy Afanasyev küçəsində yerləşən üçmərtəbəli binanın 2-ci və 3-cü mərtəbələrində qeydə alınıb. İlkin məlumata əsasən 7 nəfər ölüb, 7-si isə xəsarət alıb. Ölən və yaralanan şəxslərin orada qeyri-qanuni yaşadığı bildirilir.

Yanğın hadisə yerinə cəlb edilmiş yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə yerində müvafiq işlər görülüb. Yanğının ümumi sahəsi və başvermə səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə