Martın 29-da 28 may küçəsində naməlum şəxs Cümşüd Mustafayevin 600 manatını əlindən alaraq qaçıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini Qalib Nəbiyev mayın 16-da yaxalanıb.
Binəqədi RPİ 7-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Zəmail Ağamalıyev mayın 16-da tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB