Ucarda ağır qəza: ölən və yaralı var

Ucarda ağır qəza: ölən və yaralı var

Ucar rayonunun Müsüslü kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 11-də saat 12 radələrində Ucar rayonunun Müsüslü kəndi ərazisində Bakı şəhər sakini M.Muxtarov idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı maneəyə vurduqdan sonra Qəzyan kənd sakini N.İsayevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə xəsarət almış sərnişinlər - Bakı şəhər sakini P.Mustafayev və Lənkəran rayon sakini Rəşad Həsənov xəstəxanaya yerləşdirilmiş, R.Həsənov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə