Saatlıda ağır qəza: ölən var

Saatlı rayonunun Soltanabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 11-də saat 14 radələrində Saatlı rayonunun Soltanabad kəndi ərazisində Günəşli kənd sakini O.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub. Nəticədə O.Əliyevin xəsarət almış sərnişini Abşeron rayon sakini Qumru Həsənova xəstəxanaya aparılarkən yolda ölüb.

Saatlı RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə