Binə qəsəbəsində avtomobil piyadanı vurub

Binə qəsəbəsində avtomobil piyadanı vurub
Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb. 1986-cı il təvəllüdlü Quliyev Əliməmməd Oqtay oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə