İsmayıllı rayonunun Basqal kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, noyabrın 4-də saat 11 radələrində İsmayıllı rayonunun Basqal kəndi ərazisində Ucar rayon sakini İman Məmmədovun idarə etdiyi “VAZ-21099” və Qəbələ rayon sakini E.Siyahovun idarə etdiyi “Ford Tranzit” markalı avtomobillər toqquşub. Nəticədə İ.Məmmədov xəstəxanaya aparılarkən yolda ölmüş, sərnişini E.Məmmədov xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB