Keçmiş məhkum evdən oğurluq etdi

Keçmiş məhkum evdən oğurluq etdi

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini O.Rzayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 26-dan oktyabrın 27-dək olan müddətdə Gəncə şəhəri ərazisindəki evlərin birindən 711 manat dəyərində 57 ədəd işıq spotu və hamam aksesuarları, həyətlərdən birindəki dülgər sexindən isə 350 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş O.Rzayev saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə