Bakı şəhərinin müztəlif rayonlarında 3 piyadanı avtomobil vurub

Bakı şəhərinin müztəlif rayonlarında 3 piyadanı avtomobil vurub

Bakının Xətai, Xəzər və Yasamal rayonlarında yol-nəqliyyat hadisələri baş verib.

SİA xəbər verir ki, Xətai rayonundakı hadisə Sadıq Orucov küçəsində qeydə alınıb.

29 yaşlı Məmmədov Vasif Yusif oğlunu minik avtomobili vurub. V.Məmmədov ağır kəllə-beyin travması və çoxsaylı sınıq xəsarətləri alıb.

Piyada vurulması ilə nəticələnən digər hadisə Yasamal rayonu ərazisində qeydə alınıb. Metronun "20 Yanvar" stansiyasının yaxınlığından keçən 1975-ci il təvəllüdlü Salmanova Dürdanə Xəqani qızını da minik avtomobili vurub. Piyada ağır xəsarətlər alıb.

Analoji hadisə Xəzər rayonunda da baş verib. 1979-cu il təvəllüdlü Xəlilova Validə Rayəddin qızını nəqliyyat vasitəsu vurub.

Hər üç hadisədə xəsarət alanlar 3 nömrəli şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə