Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Saatlı rayon sakini M.Vəliyev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Saatlı rayonu ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini M.Vəliyev saxlanılıb. Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan heroin, idarə etdiyi “VAZ-2101” markalı avtomobildən isə 470 qram marixuana aşkar edilərək götürülüb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB