Paytaxtda quldurluq edən şəxs tutuldu

Paytaxtda quldurluq edən şəxs tutuldu

Binəqədi rayonu ərazisində Bakı şəhər sakini A.Ələkbərova qarşı quldurluq törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Q.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini A.Ələkbərov rayon ərazisində bir nəfərin onu döyüb bıçaqla hədələyərək 235 manat dəyərində qol saatını və cibində bank kartı olan gödəkçəsini aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Q.Məmmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə