Sumqayıtda naməlum kişi meyiti tapılıb.
SİA-nın yerli bürosunun məlumatına görə, bu gün axşam saatlarında Sumqayıt şəhərində fəaliyyət göstərən “Hippokrat” tibb klinikasının zirzəmisində çürüməyə məruz qalmış kişi meyiti aşkar edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Meyit müayinə olunmaq üçün ekspertizaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB