Bakıda evdən 48 min manatlıq oğurluq olub

Yasamal rayonu ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən digər şəxs - Abşeron rayon sakini R.Ələkbərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 27-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 800 manat, 10.000 ABŞ dolları və 30.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən digər şəxs - Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş R.Ələkbərov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə