Abşeron rayonu ərazisində 1 avtomobildən və 2 evdən oğurluq törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Rəsulov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-dan oktyabrın 26-dək olan müddətdə rayon ərazisində 1 avtomobildən 3500 manat pul və qol saatı, 2 evdən isə ümumilikdə 350 manat pul, qızıl-zinət əşyaları və qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Rəsulov saxlanılıb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə