Bakının Suraxanı rayonunda naməlum avtomobil piyadanı vuraraq qaçıb

Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, qəza Hövsan qəsəbəsində baş verib.

Dənizkənarı küçəsi 48 ünvanında yol kənarı ilə hərəkət edən 1988-ci il təvəllüdlü Hüseynov Taleh Kamil oğlunu naməlum avtomobil vurub. Hadisəni törədən sürücü hadisə yerindən yayınıb. Piyada müxtəlif sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən nəqliyyat vasitəsinin və sürücünün axtarışlarına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə