Ermənistan Goranboyun Meşəli kəndini hədəfə aldı

Ermənistan hərbi qüvvələri mülki əhalinin yaşadığı Goranboy rayonunun Meşəli kəndini hədəfə alıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə ANAMA məlumat yayıb.

Qeyd olunub ki, xüsusi çevik əməliyyat qrupları əraziyə atılan 300 mm 9M525 tipli raketə yerləşdirilmiş 4 ədəd 9N235 bombacıq aşkar edib. Bildirilib ki, mülki şəxslərə qarşı qadağan olunmuş kaset sursatlardan istifadə edirlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə