Cəlilabadda piyada faciəvi şəkildə öldü

Cəlilabad şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 19-da saat 7 radələrində Cəlilabad şəhəri ərazisində şəhər sakini Səbuhi Həsənov idarə etdiyi "Renault" markalı avtomobillə yolu keçən Uzuntəpə kənd sakini Səyyarə Şahmarovanı vurmuş və piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...