DİN Zaqatalada baş vermiş qətllə bağlı məlumat yayıb

DİN Zaqatalada baş vermiş qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Zaqatala şəhərində baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı məlumat yayıb. Nazirliyin mətbuat xidmətindənSİA-ya verilən məlumata görə, mayın 13-də saat 16.30 radələrində Zaqatala şəhərində yaşayanlar 47 yaşlı Xuraman Kərimovanın və onun qızı 22 yaşlı Zərifənin odlu silahdan qətlə yetirilmiş meyitləri yaşadıqları mənzildə tapılıb.

Hadisənin ailə münaqişəsi zəminində X. Kərimovanın sərxoş halda olan əri Azər Kərimov tərəfindən törədilməsi və "Mitsubishi" markalı avtomaşınla hadisə yerindən qaçması, sonradan isə evinin qarşısına qayıdaraq özünü də odlu silahdan atəş açaraq öldürməsi müəyyən edilib.

Zaqatala Rayon Polis Şöbəsi əməkdaşları hadisə yerindən 1 ədəd "AKMS" markalı avtomat silahı və 21 ədəd güllə götürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə