Keçmiş məhkum evdən oğurluq etdi

Keçmiş məhkum evdən oğurluq etdi

Quba rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən E.Cəlilov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 11-də rayon ərazisindəki evlərin birindən 2100 manat, 20 ABŞ dolları pul və 10.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvəllər məhkum olunmuş E.Cəlilov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə