Qubada yol qəzası: bir nəfər ölüb, iki nəfər yaralanıb

Qubada yol qəzası: bir nəfər ölüb, iki nəfər yaralanıb

Quba şəhəri ərazisində “KamAZ” və “UAZ” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 12-də saat 12 radələrində Quba şəhəri ərazisində rayon sakinləri E.Səfərovun idarə etdiyi “KamAZ” və H.Bədirovun idarə etdiyi “UAZ” markalı avtomobillər toqquşub. Nəticədə H.Bədirovun sərnişinlərindən Bəhram İsayev hadisə yerində ölmüş, digər iki sərnişini xəstəxanaya yerləşdiriliblər.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə