Bakıda ağır qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb

Bakıda ağır qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə yaralanıb
Bakının Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verdi. SİA-nın anspress.com saytına istinadən veridyi xəbərə görə, yol qəzası bu gün saat 15 radələrində Qala-Pirallahı yolunda qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan "VAZ-2106" və "Ford" markalı minik maşınları toqquşub. Nəticədə "VAZ-2106"-da olan sərnişin, 52 yaşlı Allahverdi Əhmədov hadisə yerində dünyasını dəyişib. Hər iki sürücü xəsarətlə xəstəxanaya aparılıblar.

İşin istintaqını aparan Xəzər Rayon Polis İdarəsinin müstəntiqi Rasim Knyazovdan aldığımız məlumata görə, hadisənin hansı maşının günahı üzündən baş verməsi hələlik məlum deyil. Hazırda fakta bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə