Azərbaycanın İmişli rayonunda bədbəxt hadisə baş verib. SİA-nın Anspress.com saytına istinadən verdiyi xəbərə görə, birmərtəbəli evin bir hissəsinin uçması nəticəsində azyaşlı uşaq dağıntılar altında qalıb.
Hadisə bu gün saat 13:00-14:00 radələrində rayonun Hacıalmuradlı kəndində qeydə alınıb. Ev sahibəsi Şəfəq Məmmədovanın verdiyi məlumata görə, hadisə zamanı evin hasarının yanında oynayan azyaşlı Mirkamil Məmmədov dağıntının altında qalıb. Müxtəlif bədən xəsarətləri alan uşaq valideynlərinin köməkliyi ilə dağıntının altından çıxarılıb. Hadisə nəticəsində 3 otaqlı evin bir otağı tam yararsız vəziyyətə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB