Abşeronda yaşayış binasında yanğın olub, 20 nəfər təxliyə edilib

Abşeronda yaşayış binasında yanğın olub, 20 nəfər təxliyə edilib

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində ümumi sahəsi 75 m² olan mənzilin yanar konstruksiyaları 25 m² sahədə yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 20 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə