Qusar rayonunun Xurel kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oktyabrın 7-də saat 18 radələrində Qusar rayonunun Xurel kəndi ərazisində kənd sakini Muradxan Qurbanov idarə etdiyi “VAZ-21010” markalı avtomobili su arxına aşırıb. Nəticədə avtomobildəki sərnişin İlham Ağasiyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qusar RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB