Soyğunçuluq törədən şəxs tutuldu

Soyğunçuluq törədən şəxs tutuldu

Yasamal rayonu ərazisində vətəndaş M.İsmayılova qarşı soyğunçuluq törətməkdə şübhəli bilinən Ə.Salmanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət edən M.İsmayılov oktyabrın 6-da işlədiyi mağazadan bir nəfərin onun mobil telefonunu açıq talama yolu ilə apardığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Salmanov saxlanılıb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə